Avqust 11, 2025-21:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Avstriya-Azərbaycan Turizm Proqramı çərçivəsində tədris uğurla davam edir

2024:03:01 - 11:06
in SOSİAL
A A

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriya-Azərbaycan Turizm Proqramı (AATP) çərçivəsində əcnəbi müəllim-professor müəllim heyəti tərəfindən 2023/2024-cü tədris ilinin yaz semestr dərslərinə start verilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetdə “Tədbirlərin idarəedilməsi” (Event Management) fənninin tədrisi həftəsində professor Rob Davidsonun təşəbbüsü ilə Bakı Konqres Mərkəzinə nəzərdə tutulan tanışlıq səfəri çərçivəsində tələbələr mərkəzin zalları, tədbirlərin təşkili, həmçinin karyera imkanları barədə ətraflı məlumat əldə ediblər.

Tədris həftəsində ATMU-da qonaq olan Bakı Konqres Mərkəzinin marketinq üzrə mütəxəssisi Jalə Salmanzadə AATP-da təhsil alan tələbələrin hazırlıq səviyyəsi ilə tanış olub, mülahizə və çıxışlarını dinləyib. Görüş əsnasında müvafiq ixtisasla bağlı uğur hekayəsindən bəhs edib.

Qeyd edək ki, AATP üzrə dərslər həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən aparılır. 17 ildir ki, uğurla davam edən AATP çərçivəsində indiyədək 279 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə ümumilikdə 292 nəfər ATMU tələbəsi iki diplom – ATMU və IMC Krems TEU-nun diplomlarını alıblar. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə-məzunları Azərbaycanın, o cümlədən bir sıra xarici ölkələrin turizm sənayesində peşəkar kadr adı qazanıblar.

Əvvəlki Yazı

NEQSOL Holding Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Parla” təqaüd proqramı həyata keçirir

Növbəti Yazı

DİN-in məlumatı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.