Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskini “komediya serialının aktrisası” adlandıraraq, onun “alçaq neonasist rejimi”nin yaradılmasında iştirakına işarə edib.
“Təbliğat döyüşləri meydanında düşmənlərimiz məqsədli şəkildə anlayışların həyasızcasına dəyişdirilməsinə əl atırlar. Ukraynanın Qərb tərəfindən zəbt edilməsi rus diktaturasından qurtuluş və bu komediya serialının yaratdığı əclaf neonasist rejiminin tətbiqi və dəstəyi adlanır.Və əksinə, bizim ümumrusiya məkanını qorumaq səylərimiz Rusiyanın müdaxiləsi və işğalı kimi təqdim olunur”, – deyə siyasətçi “Birinci Bilik ” adlı flaqman təhsil marafonunda mühazirə zamanı bildirib. (Tass)