Azərbaycanda kibertəhdidlər daha çox mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlib. Buna görə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kibertəhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır.
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov deyib.O bildirib ki, kibertəhlükəsizliyin təmin olunmasında ən mühüm komponent insan faktorudur: “Bunun üçün vətəndaşlar arasında maarifləndirməni genişləndirmək lazımdır. Bir sıra hallarda onlara bankların adından müxtəlif fişinq hücumları olur və fərdi məlumatlar ələ keçirilir”.