Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) dəstək qüvvələrinin komandirini dəyişib. Bununla bağlı Prezident Aparatı tərəfindən müvafiq sərəncamlar verilib.
Belə ki, Zelenski Dmitri Gereqanı tutduğu vəzifədən azad edib və yerinə Aleksandr Yakovets təyin edib.
Ukrayna prezidenti bundan əvvəl orduda bir neçə kadr dəyişikliyi həyata keçirib, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən uzaqlaşdırılıb. (Tass)