Avqust 24, 2025-21:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nikah müqaviləsində xəyanətə görə kompensasiya şərti müəyyən edilə bilər

2024:03:05 - 12:20
in SOSİAL
A A

Yeni evlənən və bir-birini tam tanımayan cütlüklər gələcəkdə hüquqi problemlərinin qarşısını almaq üçün nikah müqaviləsi bağlayaraq könüllü şəkildə nikahdan irəli gələn vəzifə və öhdəliklərini, nikah pozulduqda əmlak bölgüsü, aliment və digər məsələlərlə bağlı şərtlər müəyyən edə bilərlər.

Bunu vəkil Turan Abdullazadə AZƏRTAC-ın evlənməyə hazırlaşan şəxslər gələcəkdə hüquqi problemlərlə üzləşməmək üçün hansı məqamlara diqqət yetirməlidirlər sualını cavablandıraraq deyib.

T.Abdullazadə bildirib ki, hətta xəyanətə görə kompensasiya şərti də müəyyən edə bilərlər. Məsələn, nikah müqaviləsində nəzərdə tutula bilər ki, tərəflərdən biri xəyanət edərsə, digər tərəfə kompensasiya ödənilməlidir. Ailə Məcəlləsi yol verir ki, kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən etsinlər.

Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq Azərbaycanda tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və s. faktorlar var.

“Nikah müqaviləsinin bağlanması müsbət addım olsa da, cütlüklər buna qarşılıqlı inamsızlıq kimi yanaşaraq belə bir müqavilənin bağlanmasından bir çox hallarda imtina edirlər”, – deyə vəkil qeyd edib.

Əvvəlki Yazı

Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Növbəti Yazı

Mikayıl Cabbarov: “Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.