Fransa artıq bu həftə Çexiyanın Avropa İttifaqından kənar ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün ən azı 800 min artilleriya sursatının alınması təşəbbüsünə qoşula bilər. Bu barədə Bloomberg adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində Çexiyanın Ukraynaya üçüncü ölkələrdən alınan mərmilərin tədarükü təşəbbüsünə qoşulacağını elan edə bilər. Bu məsələnin Makronun çərşənbə axşamı Praqada baş tutacaq Çexiyanın baş naziri Petr Fiala ilə danışıqlarında müzakirə ediləcəyi gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Almaniya, Danimarka və Hollandiya da planda iştirak edəcəklərini açıqlayıblar. Qeyd olunur ki, Latviya və Litva da təşəbbüsə qoşulmaq imkanını nəzərdən keçirir.
Fevralın 17-də Çexiya prezidenti Petr Pavel Münhen Təhlükəsizlik Konfransında bildirib ki, təşəbbüsü həyata keçirmək üçün vəsait olarsa, Praqa Ukrayna üçün üçüncü ölkələrdən yüz minlərlə artilleriya mərmisi almaq imkanını tapıb. Daha əvvəl “Politico” qəzeti yazıb ki, Avropa İttifaqının Kiyevə 2023-cü ilin martından 2024-cü ilin martına qədər bir milyon mərmi tədarük etmək vədlərinin baş tutmamasından narazı qalan Çexiya Brüsseldən Ukrayna üçün bütün dünyada, xüsusən də Türkiyədən mərmi almağa başlamasını tələb edib. (Tass)