Avqust 17, 2025-8:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub

2024:03:05 - 14:07
in SİYASƏT
A A

Martın 5-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının Baş direktoru general-leytenant Ahsan Gulrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
General-polkovnik K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirərək ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Baş Qərargah rəisi Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə keçirilən üçtərəfli birgə hərbi təlimlərin əhəmiyyətini diqqətə çatdıraraq bu kimi təlimlərin ordularımız arasında təcrübə mübadiləsi, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması baxımından vacibliyini xüsusi qeyd edib.
General-leytenant A.Gulrez səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Sonda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Rasim Balayev yeni yaradılan kino ittifaqının sədri seçilib

Növbəti Yazı

Abxaziya Rusiya və Belarusla birlik dövləti yaratmaq arzusunda olduğunu bəyan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.