AZƏRTAC xəbər verir ki, görüş zamanı qarşı tərəfə 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq prosesi haqqında məlumat verilib, bu mötəbər beynəlxalq tədbirlə bağlı Azərbaycan və İsveç arasında mümkün qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, İsveçin iqlim məsələləri üzrə səfirinin qarşıdakı dövrdə Azərbaycana edəcəyi səfərin müvafiq əməkdaşlıq imkanlarının azərbaycanlı tərəfdaşlarla ətraflı müzakirəsinə imkan yaradacağına ümid ifadə edilib.