İsrail hakimiyyəti müsəlmanların müqəddəs Ramazan ayının ilk həftəsində möminlərin Qüdsdəki Məbəd dağına girməsinə icazə vermək üçün eyni qaydaları qoruyacaq. Bu qərar İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi iclasda qəbul edilib, onun ofisindən bildirilib.
“Ramazan ayının ilk həftəsində əvvəlki illərdə olduğu kimi eyni sayda dindarın Məbəd dağına daxil olmasına icazə veriləcək. Hər həftə təhlükəsizlik vəziyyəti qiymətləndiriləcək və müvafiq qərar veriləcək”, – deyə məlumatda qeyd olunub.
“İsrail ayıq-sayıq şəkildə bütün dinlərin nümayəndələri üçün din azadlığını İsrailin hər yerində qoruyur, Məbəd dağına xüsusi diqqət yetirir. Ramazan müsəlmanlar üçün müqəddəsdir. Hər bir bayramda olduğu kimi bu il də bayramın müqəddəsliyi qorunub saxlanılacaq”. ofis əlavə edib. (Tass)