ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşündə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üzrə danışıqlarla bağlı məsələləri müzakirə edib. Bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, Amerika lideri Co Baydenin köməkçisi və Qətərin xarici işlər naziri “HƏMAS-ın girovlarını dərhal azad etmək səylərindən” danışıblar. “Onlar vurğulayıblar ki, xəstələrin, yaralıların, qocaların və girov qadınların azad edilməsi Qəzzada 6 həftə ərzində dərhal atəşkəsə səbəb olacaq. Atəşkəsin bu birinci mərhələsi həm də Qəzzalılara humanitar yardımın tədarükünün artırılmasına imkan verəcək və onlara “Daha uzunmüddətli tənzimləmələri və davam edən sakitliyi təmin etmək üçün vaxt verəcək. Danışıqlar davam etdiyi üçün yaxın günlərdə müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər”,- deyə bəyanatda deyilir.
ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Qətər xarici işlər naziri ilə görüşdə deyib ki, İsrail və radikal Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağı ilə bağlı mümkün razılaşma Orta bölgədəki mövcud kritik vəziyyətin “qalıcı həlli” üçün şərait yaradacaq. (Tass)