İyun 21, 2025-12:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dilçilik İnstitutunda professor Nizami Xudiyevin 75 illiyi qeyd edilib

2024:03:06 - 14:25
in SOSİAL
A A

AMEA Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, mərhum professor Nizami Xudiyevin 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin alimin əsərlərindən ibarət sərgi təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli Nizami Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, Nizami Xudiyev 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Televiziyasına rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib.

İclasda Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Tofiq Müzəffəroğlu “Nizami Xudiyevin yaradıcılıq istiqamətləri”, Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova “Nizami Xudiyev və ədəbi dil tarixi məsələləri”, dosent Qətibə Quliyeva “Dilçilikdə Nizami Xudiyev fenomeni” mövzusunda məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Nizami Xudiyev 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti çox yüksək qiymətləndirilib. Alim Azərbaycan Ali Sovetinin fəxri fərmanı, “Araz”, “Nailiyyət”, “Akademik Yusif Məmmədəliyev adına medal və mükafat”, “İnam”, “Vətən”, “Qızıl Qələm”, “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, Respublika “Vektor” Beynəlxalq Elm Mərkəzinin “İlin ziyalısı” beynəlxalq diplomu, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Türk dilinə xidmət” və digər mükafatlara layiq görülüb.

Tədbirdə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri İradə Kərimova, baş müəllim Vaqif İsrafilov Nizami Xudiyevlə bağlı xatirələrini bölüşüblər. Həmçinin professorlar Sayalı Sadıqova, İlhami Cəfərsoy, İsmayıl Məmmədli, Sevil Mehdiyeva, dosent Füzuli Mustafayev çıxış ediblər.

Sonda alimin qızı – Azərbaycan Tibb Universitetinin müəllimi, həkim Aytən Xudiyeva tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin Rusiyanın Baş naziri ilə görüşü olub

Növbəti Yazı

Martın 11-də NATO-nun mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimi keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.