İyun 26, 2025-11:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Britaniya Rəfahda mümkün hərbi əməliyyatla bağlı narahatlığını ifadə edib

2024:03:06 - 23:31
in DÜNYA
A A

Britaniya hakimiyyəti İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyata başlaya biləcəyindən ciddi narahatdır. Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Londonda İsrailin Hərbi Nazirlər Kabinetinin naziri Benni Qantzla görüşündən sonra deyib.

Fələstinlilər dağıdıcı və kəskinləşən humanitar böhranla üz-ühzədir. Bu gün İsrailin naziri Benni Qantz ilə görüşdə girovların təhlükəsiz şəkildə evlərinə gətirilməsi və Qəzzaya həyati əhəmiyyət kəsb edən ləvazimatların təmin edilməsi üçün humanitar fasilənin təmin edilməsi səylərini müzakirə etdik. Mən İsrailə humanitar yardım axınını artırmaq üçün yenidən təzyiq göstərdim. Biz yerdə vəziyyətin dahada pisləşməsini görməyə davam edirik. Bu dəyişməlidir”, – Kemeron X sosial mediada yayımladığı bəyanatda bildirib. “Böyük Britaniya, həmçinin Rəfahda hərbi hücum perspektivindən dərin narahatdır”, o əlavə edib.

Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, London “dərhal humanitar fasilə, Qəzzanın özündə humanitar yardımın paylanması imkanlarını artırmaq”, anklavı zəruri mallarla təmin etmək üçün əlavə quru və dəniz marşrutları təşkil etmək və “məhsulların kateqoriyasını genişləndirmək” tərəfdarıdır.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Böyük Britaniya İsrailin özünümüdafiə hüququnu dəstəkləyir. Lakin Qəzzada işğalçı qüvvə kimi İsrail humanitar yardımın mülki şəxslərə çatdırılmasını təmin etmək üçün hüquqi məsuliyyət daşıyır”. Kemeron bildirib ki, London İsrailin hərəkətlərinin beynəlxalq humanitar hüquqa uyğun olub-olmadığını qiymətləndirməyə davam edəcək. (Tass)

Əvvəlki Yazı

Media: ABŞ və Böyük Britaniya Əl-Hudeyda hava limanına iki zərbə endirib

Növbəti Yazı

Zelenskiyə Odessa ilə bağlı xoşagəlməz xəbərlər gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.