Avqust 12, 2025-17:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Təhsil və tibb müəssisələrinin psixoloqları üçün seminar keçirilib

2024:03:07 - 14:16
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Yasamal rayonu 53 nömrəli orta məktəbdə “Təhsil və tibb müəssisələrinin psixoloqları tərəfindən ekstremal şəraitdə ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda seminar keçirilib.

APA nazirliyə istinadən xəbər verir ki, seminarda FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Bakı Regional Mərkəzi, Tibb Xidmətinin və Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşları, həmçininin Bakı şəhərini əhatə edən təhsil və tibb müəssisələrinin psixoloqları iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd təhsil və tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların ekstremal şəraitdə işləmə vərdişlərinin artırılması, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisinin müavini mayor Vüsal Məmmədzadə seminarın əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

Sonra FHN-in Tibb Xidmətinin psixoloqu kapitan Dilbər Əlixanova “Ekstremal şəraitdə ilkin psixoloji yardım” mövzusunda seminar iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil idarəsinin psixoloji işin təşkili sektorununun əməkdaşı Aysel Novruzova seminarın vacibliyini vurğulayaraq təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi yolunda atılan addımlardan bəhs edib.

İnteraktiv müzakirələr fonunda davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Ceyhun Bayramov Türkiyə tərəfini Ermənistanla sülh istiqamətində atılan son addımlar barədə məlumatlandırıb

Növbəti Yazı

WSJ: İsraillilər oktyabrın 7-dən İordan çayının qərb sahilində yolların və postların tikintisini sürətləndiriblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.