Vyana hələ də Rumıniya və Bolqarıstanın Şengen zonasına tam daxil olmasına qarşıdır, çünki ilk növbədə Şengen ölkələri miqrasiya axınlarına nəzarət yaratmalıdır. Bunu Avropa Xalq Partiyasının (APP) Buxarestdə keçirilən qurultayında iştirak edən Avstriyanın federal kansleri Karl Nehammer deyib.
“Biz Avstriyanın Şengen zonasının sürətlə genişlənməsinə qarşı çıxması barədə çox açıq danışdıq. Avstriyanın mövqeyi aydın və dəyişməz olaraq qalır: Şengen sistemi hazırda işləmir, ona görə də onu genişləndirmək mümkün deyil”
(Tass)