Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq Qərbin radikallaşmasının təzahürüdür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.