Avqust 18, 2025-16:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qusarlı tamaşaçılara Milli Teatr Günü münasibətilə xüsusi kompozisiya təqdim olunub

2024:03:08 - 13:29
in MƏDƏNİYYƏT
A A

Qusar Dövlət Ləzgi Dram Teatrı milli teatrımızın yaranmasının 151-ci ildönümünü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində kollektiv Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.

Tamaşadan əvvəl Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov ölkəmizdə teatrın inkişaf tarixindən danışıb. Bildirib ki, yaranmasının 151-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.

Qusar Dövlət Ləzgi Dram Teatrı 32 əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verir. Teatr fəaliyyətdə olduğu illər ərzində 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.

Bayram tədbirində təqdim olunan kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Əvvəlki Yazı

Qəzza Səhiyyə Nazirliyi 24 saat ərzində təxminən 80 fələstinlinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

Növbəti Yazı

BSU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı təsdiqlənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.