İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə yeni zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, bu hücumların hədəfi Livanın cənubundakı Mənsuri və Bint Cbeyl qəsəbələri yaxınlığındakı Hizbullahın “hərbi komandanlıq mərkəzləri” olub.
Bundan əlavə, ordu bir gün əvvəl Tallus və Məcdal Zun kəndləri ərazisində Hizbullah hədəflərinə zərbələr endirdiyini bildirib. “Məcdəl Zun bölgəsindəki kompleksə hücumdan sonra ikinci dərəcəli partlayışlar qeydə alınıb ki, bu da kompleksin içərisində çoxlu sayda silahın saxlandığını göstərir”, – deyə məlumatda bildirilir.
(Tass)