ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabr seçkilərində qələbə çalması və Ağ Evə qayıtması bütün dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək və yeni silahlı münaqişələr riskini azaldacaq. Bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Baş nazir Viktor Orbanla keçmiş Amerika liderinin Floridadakı Mar-a-Laqo malikanəsində görüşü ərəfəsində bildirib.
(Tass)