. İyunun 9-da Rumıniyada Avropa Parlamentinə və yerli hakimiyyət orqanlarına seçkilər eyni vaxtda keçiriləcək. Bu qətnamə Rumıniya hökuməti tərəfindən qəbul edilib.
Mətbuat sözçüsü Mihai Constantin, “9 iyun seçkiləri üçün təşviqat kampaniyası 2024-cü il martın 12-də başlayacaq və seçkilərin nəticələrinin Monitorul Oficial jurnalında dərcindən üç gün sonra başa çatacaq” dedi.
Nazirlər Kabinetinin sözçüsü hesab edir ki, Avropa Parlamentinə və yerli hakimiyyət orqanlarına seçkilərin eyni gündə keçirilməsi “vətəndaşları seçki qutusuna gəlməyə təşviq edə, Rumıniyanın Avropa Parlamentində daha çox təmsil olunmasını təmin edə, Rumıniyanın Avropa Birliyində mövqeyini gücləndirə bilər”. Digər səbəb isə seçki kampaniyasının xərclərinin və müddətinin azalmasıdır.
(Tass)