DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, görülən işlərin nəticəsi olaraq daha 4 ədəd müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.
Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.