Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qazaxıstanın “Atameken” Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Qazaxıstanın “Atameken” Sahibkarlar Milli Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov imzalayıblar.
İmzalanma Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası çərçivəsində baş tutub.