İsrail ordusu Qəzza şəhərində yaşayış binasına hava zərbəsi endirib. Fələstinin WAFA xəbər agentliyi hücumda ən azı 16 nəfərin öldüyünü bildirib.
Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza şəhərinin şərqindəki Əz-Zeytun bölgəsində yerləşən fələstinli ailələrdən birinin evini atəşə tutub. Agentliyin məlumatına görə, ölənlərin əksəriyyəti qadın və uşaqlardır, onlarla insan isə yaralanıb.
Bundan əlavə, İsrail hərbçilərinin Qəzzanın cənubundakı Əl-Səbra bölgəsində bir evə hücumu nəticəsində 3 nəfər həlak olub.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İsrail Silahlı Qüvvələrinin anklavın cənubundakı Əl-Məvasi təxliyə zonasını atəşə tutduğunu bildirmişdi. Bombalama nəticəsində ən azı 8 fələstinli həlak olub.
(Tass)