Gəncədə avtomobil piyadanı vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu keçmək istəyən qadını vurub. Piyada hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.