Avqust 20, 2025-20:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Agentlik: 200-dən çox normativ akta dəyişiklik edilərək hökumətə təqdim edilib

2024:03:11 - 15:56
in İQTİSADİYYAT
A A

Rəqəmsal sənədlərin təsdiqi və ölkədə keçərli olması üçün 200-dən çox normativ akta dəyişiklik edilərək hökumətə təqdim edilib.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müavini Rəşad Xaliqov “APA-Economics”ə açıqlamasında deyib.

R.Xaliqov qeyd edib ki, bundan başqa, Elektron Hökumət İnformasiya Sisteminin əsasnaməsi də hökumətə təqdim edilib.

Cari il ərzində görüləcək işlərdən danışan sədr müavini bildirib ki, artıq Rəqəmsal Hökumət Platformasını xüsusi bir hədəf kütləsində yeni versiyası test edilib: “Hədəf kütləsindən topladığımız rəylər əsasında yeni versiyanı yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik”.

“Bundan başqa, ikinci rübün ilk aylarında kiçik və orta bizneslərin rəqəmsallaşdırılması üçün “Rəqəmsal yetkinlik indeksi” platformasını təqdim edəcəyik. Bu il həmçinin KOB-ların rəqəmsallaşması portalını işə salacağıq. Portal üzərindən KOB yetkinlik indeksini keçəcək, daha sonra indeksə uyğun olaraq KOB sahibləri portal üzərindən rəqəmsallaşma xəritəsi və vendorlarla əlaqəni formalaşdıra biləcək”, – deyə R.Xaliqov vurğulayıb.

Rəqəmsal Hökumət quruculuğu ilə bağlı da bir sıra hədəflər var

R.Xaliqov qeyd edib ki, Rəqəmsal Hökumət quruculuğu ilə bağlı ilin sonunadək bir sıra hədəflər var: “Bunlardan biri xüsusi yenilikləri milli məlumat mübadiləsinə gətirməkdir. Bununla keçiricilik artacaq, proseslər tam rəqəmsal formada həyata keçiriləcək. Sənədlərin rəqəmsal formada tanınmasını təmin etmək də əsas hədəflərdəndir. Cari il üçün əsas hədəflərdən biri də 7-dək həyat hadisəsini portal üzərindən təqdim etməkdir (Qarabağa qayıtmaq, iş axtarmaq, daşınmaz əmlak almaq, təqaüdə çıxmaq). Bundan başqa, xidmətdən istifadəyə dair vətəndaşların rəy və məmnuniyyətinin ölçülməsi, fərdi məlumatlarının platforma üzərindən idarəsi, vətəndaşın məlumatlandırma sisteminin formalaşdırılması və s. bura aiddir”.

R.Xaliqov qeyd edib ki, hökumətdə formalaşan açar məlumatları geniş ictimaiyyətə təqdim edən “OpenData” portalında məlumat hədlərinin saylarının artırılması da nəzərdə tutulur: “Hazırda 500-dən çox “dataset” adlandırdığımız “data qrup” kateqoriyaları var ki, bunların mindən çox olmasını hədəfləyirik”.

Əvvəlki Yazı

Tokayev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Növbəti Yazı

Ekspert: Gürcüstan baş nazirinin Rusiya Federasiyası ilə münasibətlər üzrə yeni müşaviri iki ölkə arasındakı münasibətləri dəyişməyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.