Avqust 11, 2025-16:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU tələbələri günəş panelindən daha çox enerji əldə edən qurğu hazırlayıblar

2024:03:11 - 17:43
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri günəş şüalarının hərəkətini izləyən “Robotik günəbaxan” adlı qurğu hazırlayıblar.

BMU-dan AZƏRTAC-a bildirilib ki, bu qurğu səmərəli istifadə baxımından mövcud günəş panelləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Onlardan ən əsası qurğunun günəş istiqamətində hərəkət etməklə daha çox alternativ enerjinin əldə olunmasına imkan verməsidir.

Dünyada müşahidə olunan enerji çatışmazlığı problemlərinin həllinə yönələn layihənin əsas məqsədi günəş panellərini uyğunlaşdıracaq izləmə sistemi ilə avtomatik enerji istehsal etməkdir. Günəşin gün ərzində hərəkət etməsi ilə paralel hərəkətdə olduğu üçün “Robotik günəbaxan”la əldə edilən enerji normal günəş panelindən əldə edilən enerjidən daha çox olur.

Günəş enerjisindən maksimum istifadə etmək üçün sistem işığın maksimum intensivliyini izləyir. İşığın intensivliyi zamanla azaldıqca, sistem işığın maksimum intensivliyini əldə etmək üçün istiqamətini avtomatik dəyişir. Nəticədə normal günəş panelindən daha çox enerji əldə etmiş olur.

Universitetin baş müəllimi Fəxrəndə Məmmədovanın rəhbərliyi ilə Mühəndislik fakültəsində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan Rafiq Şükürov və Əli Xəlilovun hazırladığı qurğu alternativ enerji mənbəyi kimi günəş enerjisindən istifadə edən yaşayış evləri, müəssisələr və idarələr üçün olduqca aktualdır. Sistem yaşayış massivlərində alternativ elektrik enerjisi istehsalında, xüsusilə az gücə malik cihazlar üçün tətbiq oluna bilər.

Əvvəlki Yazı

Yeni nəşr: “Korroziya problemləri, onların həllində inhibitorlar, konservasiya mayeləri və sürtkülərinin rolu”

Növbəti Yazı

Prezident: Ümidvaram ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar sülh sazişinin imzalanması ilə başa çatacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.