Avqust 25, 2025-0:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

2024:03:12 - 15:34
in SOSİAL
A A
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 12-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin əldə olunması, dövlət qulluğuna qəbul qaydaları və digər məsələlərlə bağlı olub.

Nazir müavini hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sarvan Cəfərov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Sarvan Cəfərov Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyanı və sığortalanması prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra Sarvan Cəfərov Qubanın Zərrabi qəsəbəsində fermer Elşən Həsənova məxsus 15 hektar intensiv bağa baş çəkib, bağda aparılan budama, yaz təsərrüfat hazırlıq işləri ilə tanış olub.

Nazir müavini Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb, biotexnologiya laboratoriyasının fəaliyyəti ilə tanış olub, istixana şəraitində calaqaltı və ting yetişdiriciliyi ilə maraqlanıb.

Əvvəlki Yazı

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər

Növbəti Yazı

Azərbaycanda 2 ayda vergi daxilolmaları 3 milyard manatı keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.