İyun 17, 2025-12:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mərkəzi Elmi Kitabxananın Elmi-metodiki şurasının növbəti iclası keçirilib

2024:03:12 - 17:43
in SOSİAL
A A

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-metodiki şurasının növbəti iclasında bir sıra məsələlər müzakirə olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, iclasda kitabxananın direktoru professor Məmməd Əliyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində kitabxanada görüləcək işlər, nəzərdə tutulan fəaliyyətlər haqqında danışıb. Qeyd edib ki, ötən “Heydər Əliyev İli” çərçivəsində MEK Ulu Öndərin siyasi irsinin təbliği istiqamətində işini uğurla davam etdirib. Kitabxana tərəfindən il ərzində tədbirlər, layihələr, beynəlxalq və respublika miqyaslı konfranslar keçirilib, dəyərli nəşrlər işıq üzü görüb. Məhəmməd Əliyev onların sırasında MEK tərəfindən hazırlanmış “Görkəmli dövlət xadimi Heydər Əliyev” biblioqrafik göstəricisini qeyd edib.

Kitabxananın direktor müavini, Elmi-metodiki şuranın sədr müavini dosent Şəhla Quliyeva MEK-in şöbələrinin 2024-cü il üçün iş planını təqdim edib. Müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla iş planı təsdiq edilib.

Şuranın iclasında elmi katib Şəbnəm Rüstəmova MEK-in “Heydər Əliyev İli”nə həsr olunmuş İnformasiya bülleteninin yeni işıq üzü görən xüsusi buraxılışı haqqında məlumat verib. Qeyd edib ki, xüsusi buraxılışda MEK-də keçirilən konfransların siyahısı, çap edilmiş kitablar, “Vikipediyada 100 məqalə” layihəsi, eləcə də görülən işlər haqqında xəbərlər yer alıb.

İclas zamanı MEK-in Elektron resurslar şöbəsinin əməkdaşları Rövşən Məmmədli və Xəyalə Məmmədli, kitabxana direktorunun rəhbərliyi ilə Türkiyəyə ezamiyyətin nəticələrini diqqətə çatdırıblar.

Əvvəlki Yazı

Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Növbəti Yazı

Fevralda Naxçıvanda 900-ə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.