Fələstinin Həmas hərəkatı Fələstin anklavında saxlanılan girovların bir qisminin azad edilməsi müqabilində Qəzza zolağında atəşkəsin uzadılması təklifi alıb. Bu barədə hərəkatın rəhbərliyindəki mənbəyə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə ölkə tərəfindən hazırlanmış təklif çərçivəsində HƏMAS kiçik girovları, eləcə də əsirlikdə olan qadınları və yaşlı israilliləri azad etməli idi. Hərəkatın bu təşəbbüsü qəbul edib-etməməsi ilə bağlı hələlik məlumat verilməyib. Təklifin hazırlanmasında iştirak edən ölkələrin tərkibi də hələ açıqlanmayıb.
(Tass)
