Almaniyanın ən böyük müxalifət partiyası olan Xristian Demokrat İttifaqının (CDU) sədri Fridrix Merz İsrail hökumətini Qəzza zolağının əhalisinə qurudan daha çox humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb. Bu barədə o, Berlində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yardımın yalnız dəniz yolu ilə verilməsi kifayət deyil. “Qəzza zolağının, oradakı əhalinin qurudan köməyə ehtiyacı var” dedi Merz. “İsrailin də məsuliyyəti var ki, bütün qanuni təhlükəsizlik maraqlarına baxmayaraq, bu humanitar fəlakətin daha da ağırlaşmaması üçün mülki əhaliyə yardım göstərilsin. Eyni zamanda, siyasətçi Xristian Demokratik və Xristian Sosial Birlikləri (CDU/CSU) fraksiyasının İsraili dəstəklədiyini vurğulayıb.
(Tass)
