Əgər Almaniya hakimiyyəti Kiyevə göndərmək qərarına gələrsə, Almaniyaya uzun mənzilli “Taurus” qanadlı raketlərinin ehtiyatını bərpa etmək üçün iki il lazım olacaq. Bu barədə ekspertlərə istinadən Financial Times (FT) yazıb.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Duqlas Barri bildirib ki, qanadlı raketlərin istehsalının artırılması və ya bərpası “bir gecədə baş verməyəcək: istehsal zənciri istehsalı artırmalı və ya hissələrin istehsalını bərpa etməli olacaq, lakin bütün bunlar vaxt tələb edir”.
Oslo Universitetinin əməkdaşı Fabian Hoffmanın qeyd etdiyi kimi, Bundesverin arsenalında 600-ə yaxın “Taurus” raketi var, lakin onların yalnız yarısı işlək vəziyyətdədir. Bundan əlavə, o əlavə edib ki, onları Ukraynaya göndərməzdən əvvəl Avropada öz silah anbarlarınız barədə düşünməlisiniz. “Raket sistemləri müasir döyüş şəraitində əsas potensialdır, bizim arsenalımızda bunlar kifayət qədər deyil və hazırda biz onları istehsal etmirik”, – ekspert qeyd edib.
Cümə axşamı Bundestaq deputatlarının əksəriyyəti Xristian Demokratik və Xristian Sosial Birlikləri blokunun Ukraynaya “Taurus” raketlərinin göndərilməsini təklif edən növbəti qətnamə layihəsinin əleyhinə səs verib. Xarici Siyasət Komitəsinin qətnamənin rədd edilməsi ilə bağlı tövsiyəsini iştirak edən 690 deputatdan 495-i dəstəkləyib, 190-ı əleyhinə çıxıb, daha 5 deputat isə bitərəf qalıb.
(Tass)