Sentyabr 16, 2025-10:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şəkidə fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş olub

2024:03:16 - 12:16
in SOSİAL
A A

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.

Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşün əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova son illər ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini bildirib, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd edib. Müdir müavini fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcəkdə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb.

Çıxış edənlər ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayaraq, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıblar.

Tədbirdə çıxış edən məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməsində əməyi keçən müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.

Sonda müəllimlərə və şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, fənn olimpiadalarının yarımfinal mərhələsində Şəki-Zaqatala regionu üzrə ümumilikdə 860 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 37, Oğuz rayonu üzrə 14, Qəbələ rayonu üzrə 11, Qax rayonu üzrə 6, Zaqatala rayonu üzrə 4, Balakən rayonu üzrə isə 3 şagird vəsiqə qazanıb.

Əvvəlki Yazı

Azərbaycan neftinin qiyməti 88 dollardan aşağı düşüb

Növbəti Yazı

Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.