Sentyabr 15, 2025-20:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın Londondakı səfirliyində xanımlar üçün Novruz şənliyi keçirilib

2024:03:16 - 10:00
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Londondakı Səfirliyində xanımlar üçün Novruz Bayramı şənliyi təşkil edilib.

Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə xanım səfirlər, diplomatlar, parlamentin hər iki palatasının üzvləri, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan, qardaş Türkiyə və Orta Asiya ölkələrinin diaspor üzvləri, Londondakı digər icmaların üzvləri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov səfirliyinin yeni binasındakı ilk tədbirin məhz Novruza həsr olunduğunu xüsusilə qeyd edib. O, Novruzun insanları birləşdirən yenilik və sülh bayramı olduğu haqda söz açıb. Novruzun Azərbaycan xalqının tarixi yaddaşındakı yerinin qeyd edilməsilə yanaşı, bayramın geniş coğrafiyasını və türkdilli xalqların mədəniyyətini əks etdirən mühüm faktorlardan biri olduğunu diqqətə çatdırıb.

Səfirliyin birinci katibi Lalə Talıbova Novruz Bayramının qədimliyi və ümumbəşər dəyərləri, ənənələrinin dərin mənası haqda iştirakçılara geniş məlumat verib.

Səfirliyin müşaviri Günel Səlimova Novruzun mühüm hissəsini təşkil edən qədim ritual və qaydalar haqda bəhs edib, bayramın Azərbaycanda qeyd edilməsinin müxtəlifliyi və rəngarəngliyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri ifa edilib.

Tədbirin davamında səfirliyin əməkdaşı Nahidə Hüseynova Novruz Bayramının ən vacib mərasimlərindən biri olan və qonaqların diqqətini cəlb edən səməni mərasimini nümayiş etdirib. Qonaqlar həmçinin səfirlik əməkdaşları tərəfindən hazırlanmış Novruz mədəniyyət proqramında iştirak ediblər.

Tədbirin davamında tanınmış pianoçu Vüsalə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edib.

Tədbir qonaqların böyük marağı ilə qarşılanıb.

Əvvəlki Yazı

ABŞ Rusiya Federasiyası ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar sanksiyalar tətbiq edə bilər

Növbəti Yazı

Fazil Mustafaya sui-qəsd işi üzrə şahid: Güllələr tək-tək atıldı, “7.62 mm”in səsi idi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.