Sentyabr 15, 2025-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

NATO Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır Şərh 

2024:03:18 - 11:46
in SİYASƏT
A A

Azərbaycan xarici ölkələrlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığını davam etdirir. Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlıq bu baxımdan xüsusilə önəm kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycan-NATO tərəfdaşlığının 30 illik tarixi olduğunu xatırladan deputat əlavə edib: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu tərəfdaşlıq müsbət olub. Azərbaycan müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olublar. Bu isə ölkəmizin NATO ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir”.

V.İskəndərovun sözlərinə görə, NATO da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox önəm verir və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır: “NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfərinə də bu kontekstində yanaşmaq düzgün olardı. Baş katib Bakıda mətbuata bəyanatında bildirdi ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir bir yerdə çalışırıq. Azərbaycan-NATO tərəfdaşlığının təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa da söykəndiyini diqqətə çatdıran Alyansın Baş katibi bunun alqışlayiq olduğunu diqqətə çatdırıb. Bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.

Əvvəlki Yazı

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Növbəti Yazı

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada Mükəmməllik Sertifikatına layiq görülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.