Avqust 19, 2025-1:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Moskvada turizm imkanlarını nümayiş etdirir

2024:03:19 - 16:00
in İQTİSADİYYAT
A A
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə bu gündən Rusiyanın paytaxtı Moskvada keçirilən və martın 21-də başa çatacaq 30-cu “MITT – beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir.

“Report”un Rusiya bürosunun məlumatına görə, Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” “Şahdağ Turizm Mərkəzi” QSC-lərlə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

Stendi ziyarət edən sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, işgüzar turizm, sağlamlıq, ekoturizm, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş maddi mədəni irs nümunələrindən İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan qayaüstü rəsmləri mədəni landşaftı, Xan sarayı ilə birlikdə Şəki şəhərinin tarixi mərkəzi, Xınalıq kəndi və Köç yolu mədəni landşaftı haqqında ətraflı məlumat verilir. Turizm sənayesi nümayəndələri arasında keçirilən B2B görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunur.

Bu ilin yanvar-fevral aylarında Rusiyadan Azərbaycana 91 397 nəfər ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21 % çoxdur. 2023-cü ildə isə Rusiyadan turist axını 2022-ci illə müqayisədə 39,9 % artaraq 625 106 nəfərə çatıb.

Əvvəlki Yazı

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir – ŞƏRH

Növbəti Yazı

Bakı hava limanı bayramda fasiləsiz iş rejimini təmin etməyə tam hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.