Sentyabr 14, 2025-11:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Naxçıvanın Təhsil Nazirliyi şagirdin döyülməsi məsələsinə aydınlıq gətirib

2024:03:20 - 15:33
in GÜNDƏM
A A

Şahbuz rayonunun Sələsüz kənd tam orta məktəbində şagirdin müəllimlər tərəfindən döyülməsi ilə bağlı yayımlanan məlumat həqiqəti əks etdirmir.

Bu, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinfində oxuyan qızın döyülməsi və təhqir olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatdan dərhal sonra rayon Təhsil şöbəsinin əməkdaşları həmin məktəbdə gediblər və məktəbin təlim-təlim tərbiyə işləri üzrə direktor müavini Sahilə Həsənovanın, təşkilatçı İlahə Hüseynovanın və uşaq birliyi təşkilatının rəhbəri Çiçək Novruzovanın izahatları alınıb. Məlum olub ki, tənəffüs vaxtı iki şagird arasında sadəcə mübahisə olub. Şagirdə qarşı müəllimlər tərəfindən təzyiq göstərilməyib, baş vermiş mübahisə ilə bağlı məktəbin vəzifəli şəxsləri tərəfindən onlarla fərdi söhbətlər aparılıb. Döyüldüyü iddia edilən şagirdin atası Əfqan Hüseynov və sahə müvəkkili də məktəbə dəvət olunub. Aydın olub ki, şagirdin valideyninin mətbuatda yayılan məlumatdan xəbəri olmayıb. Xəbəri olmadan ailəsi haqqında yalan məlumat yazıldığını bildirən valideyn bundan məyus olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Ombudsmanının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Şahbuz Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları da məktəbə gedərək şagirdlə görüşüblər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı həqiqətəuyğun olmayan məlumat yayan tərəflərin araşdırılması aparılır.

Qeyd edək ki, şagirdlər və onların valideynləri arasında hər hansı narazılıq və ya qarşılıqlı şikayət yoxdur.

“İctimaiyyəti məlumatlandırmaq istəyirik ki, təsdiqlənməmiş bu tipli məlumatlara inanmasınlar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məktəblərdə tədrisin təşkilinə, nizam-intizam qaydalarına xüsusi həssaslıqla yanaşır. Hər hansı xoşagəlməz hal olduqda pedaqoji yanaşmanı əsas almaqla qanunvericiliyə uyğun olaraq tədbirlər görür.

İki şagird arasında olan mübahisənin həqiqətə uyğun olmayan əlavələrlə yayımlanması peşəkar jurnalistika etikasına ziddir. Bu tipli hallar cəmiyyətdə məktəbə və müəllimə inamsızlıq formalaşdırmağa xidmət edir”, – deyə nazirliyin cavabında bildirilib.

Əvvəlki Yazı

Finlandiyanın keçmiş prezidenti Niinistö Aİ üçün böhrana hazırlıqla bağlı hesabat hazırlayacaq

Növbəti Yazı

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.