Sentyabr 14, 2025-23:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Oslo şəhərində “Zəfərin ilk baharı” adlı konsert proqramı təşkil edilib

2024:03:20 - 16:28
in MƏDƏNİYYƏT
A A

Norveçin paytaxtı Osloda “Zəfərin ilk baharı” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Norveç Azərbaycanlıları Gənclər Təşkilatı – NAYO-nun, Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin və Oslo Azərbaycan Evinin dəstəyilə keçirilən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbiri açan Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə və 2023-cü il sentyabr 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olunub. “Bu bahar Zəfərimizin ilk baharı olduğu üçün, eləcə də tarixi ədalətin bərqərar olduğunu nəzərə alaraq keçirilən “Zəfərin ilk baharı” adlı tədbir Norveçdə yaşayan azərbaycanlıların, cəmiyyətimizin dostlarının bir araya gəlməsinə, dostluq və həmrəyliyimizin möhkəmlənməsinə xidmət edəcək”, – deyə Ramil Əliyev bildirib.

Daha sonra Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagird və valideynləri Vətən, Novruz bayramına həsr edilmiş şeirlər səsləndirib, Novruzun rəmzi olan Bahar qız tədbir iştirakçılarının bayramını təbrik edib, Kosa və Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

Tədbir çərçivəsində Novruz bayramı və baharın gəlişinə həsr edilmiş, milli adət-ənənələrimizi nümayiş etdirən və mədəniyyətimizi təbliğ edən sərgi nümayiş olunub.

Həmçinin tədbirdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatı-NAYO və Oslo Azərbaycan Evinin dəstəyilə Nizami Gəncəvi adına “Azərbaycan dili” həftəsonu məktəbinin şagirdi Səlim Abbaszadənin müəllifi olduğu və Azərbaycan tarixini, Qarabağ münaqişəsini və qazandığımız parlaq Zəfəri işıqlandıran, Norveç və ingilis dillərinə tərcümə olunmuş “Sən elə bir zirvəsən” kitabının təqdimatı baş tutub.

Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzi ilə Oslo Azərbaycan Evi arasında memorandum imzalanıb. Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə bildirib ki, bu memorandum muğamımızın Skandinaviya ölkələrində geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradacaq.

“Zəfərin ilk baharı” adlı konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, tanınmış xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifalarını tədbir iştirakçıları rəğbətlə qarşılayıblar.

Əvvəlki Yazı

Politico: Ramşteyn görüşündə ABŞ Ukraynaya konkret yardım təklif etməyib

Növbəti Yazı

Trabzonda yaşanan hadisəli matçdan sonra sahəyə girən 2 nəfər həbs olundu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.