Rusiya Federasiyası və Belarusla həmsərhəd olan Aİ ölkələri sanksiyalar rejiminə nəzarət üçün vahid mexanizm tətbiq etməlidir. Bunu Varşavada polşalı həmkarı Radoslav Sikorski ilə görüşündə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
“Rusiya və Belarusla ümumi sərhədi olan ölkələr sanksiyaların tətbiqi üçün vahid mexanizmə riayət etməli və onlardan yan keçmək yollarının qarşısını almaq üçün birgə səylər göstərməlidirlər”, – Litva Xarici İşlər Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirir.
Landsbergis sanksiyaların miqyası ilə bağlı adi arqumentlərini də təkrarlayıb. “Rusiyanı zəiflətmək və Ukraynaya qələbə qazandırmaq vasitələrindən biri Rusiya və Belarusa qarşı sanksiyaları daha da gücləndirməkdir”.
(Tass)