Sentyabr 14, 2025-17:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

2024:03:21 - 11:52
in MƏDƏNİYYƏT
A A
Mingəçevir Dövlət Universitetində (MDU) Novruz bayramı münasibətilə tədbir keçirilib. Universitetin həyətində təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər Təşkilatının, Mingəçevir şəhər təhsil sektorunun rəhbərliyi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edərək xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə bütün MDU ailəsi üzvlərinə və qonaqlara təbriklərini çatdırıb, onlara xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildirən rektor bu il tonqalların bütün ölkə ərazisində qalanmasının xalqımıza xüsusi sevinc və sonsuz qürur hissləri yaşatdığını vurğulayıb. Ölkəmizdə bayram tədbirlərinin yüksək əhvali-ruhiyyədə və ərazi bütövlüyü şəraitində qeyd edilməsində məhz qəhrəman Vətən övladlarına borclu olduğumuzu söyləyən rektor şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimi, fəlsəfə doktoru Səadət Ağakişiyeva çıxışında Novruz bayramının tarixi haqqında danışıb, bu milli bayramın əsas xüsusiyyətləri, adət və ənənələri barədə maraqlı məlumatlar verib.

Daha sonra bayram tonqalı qalanıb.

Konsert proqramı ilə davam edən bayram tədbiri Novruz personajlarının iştirakı, istedadlı tələbələrin bayram əhvali-ruhiyyəli musiqi nömrələri ilə davam edib.

MDU ailəsi Novruzun rəmzi olan bayram tonqalının ətrafında “Yallı” gedərək birlik nümayiş etdirib.

Əvvəlki Yazı

Azərbaycanda xarici ticarət iştirakçılarının sayı azalıb

Növbəti Yazı

Azərbaycanda iki minə yaxın daun sindromlu əlilliyi olan şəxs var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.