İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatların başlamasından bu yana həlak olan fələstinlilərin sayı 32 minə yaxınlaşır, az qala 74,2 min nəfər yaralanıb.
“Ötən ilin oktyabrından bəri İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 31 988 nəfərə yüksəlib, ən azı 74 188 nəfər yaralanıb”, – departamentdən bildirilib. Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirib ki, sektorda son 24 saat ərzində 65 nəfər ölüb, daha 92 nəfər yaralanıb.
(Tass)