İsrail əsgərləri İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığında avtomobilə hücum etmək istəyən fələstinli radikalı təqib edir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, insident səhər saatlarında Ramallahın qərbində Talmon-Dolev qovşağının yaxınlığında baş verib. Şübhəli İsrail avtomobilinə atəş açıb, daha sonra qaçıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ordudan verilən məlumata görə, insidentdən sonra hərbçilər hücumçunu təqib etməyə başlayıb və o, cavab atəşi açmağa başlayıb. “Terrorçunun təqibi çərçivəsində bir döyüş təyyarəsi və bir PUA hadisə yerinə xəbərdar edilib. Atışmalar hələ də davam edir”, – mətbuat xidməti bildirib.
(Tass)