İsrail hərbçiləri Qəzza zolağında Əl-Şifa xəstəxanasının ərazisində “məqsədli əməliyyat fəaliyyətlərini” davam etdirir. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, bu basqınlar zamanı İsrail hərbçiləri ümumilikdə 150 fələstinli radikalı öldürüb, yüzlərlə insan terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək saxlanılıb, silah-sursat aşkar edilərək götürülüb. Eyni zamanda, İsrail ordusu “mülki insanlara, xəstələrə, tibb işçilərinə və tibbi avadanlıqlara zərər vurmaqdan çəkinir”, mətbuat xidməti əmin edir.
Bundan əlavə, martın 21-də Qəzza zolağı ilə sərhədə yaxın İsrailin kibbutz Beeri istiqamətində mərmi buraxılıb. Ordunun bildirdiyinə görə, cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları tunelin girişinə və atəş açılan ərazidəki hərbi obyektə zərbələr endirib.
Bundan başqa, İsrail qırıcıları quru qoşunlarının hərəkətlərinə dəstək verərək Qəzza zolağının mərkəzi hissəsinə zərbələr endirməkdə davam edir. Mətbuat xidmətinin məlumatına görə, son 24 saat ərzində ərazidə 40-a yaxın hədəf, o cümlədən hərbi obyektlər və raket buraxılış qurğuları hücuma məruz qalıb.
(Tass)