- Əvvəlki hitlər
- Rusiya Silahlı Qüvvələri Rusiya ərazisinin atəşə tutulmasına cavab olaraq, martın 22-nə keçən gecə Ukraynadakı hədəflərə bir sıra cavab zərbələri endirib . Xüsusilə energetika və hərbi-sənaye kompleksi obyektlərinə, dəmir yolu qovşaqlarına və arsenallara hücum edilib.
- Dnepr (keçmiş Dnepropetrovsk), İvano-Frankivsk, Kiyev, Krivoy Roq, Kropivnitski (keçmiş Kirovoqrad), Sumı, Xarkov, Xmelnitski, eləcə də müvəqqəti olaraq Ukraynanın nəzarətində olan Zaporojyedə partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.
- Ukraynada internet və enerji təchizatında fasilələr yaranıb. Ölkənin ən böyük su elektrik stansiyası olan Dnepr su elektrik stansiyası bağlanıb.
- Martın 23-nə keçən gecə və gündüz Xarkovda və Xerson vilayətinin Kiyevin müvəqqəti nəzarətində olan hissəsində hədəflərə silsilə zərbələr endirilib.
- (Tass)