İyun 19, 2025-18:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nyu-Yorkdakı “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramı qeyd edilib

2024:03:25 - 10:21
in MƏDƏNİYYƏT
A A

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə soydaşlarımızla yanaşı, Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr də iştirak ediblər.

Mərkəzin rəhbəri Alyona Bədəlova Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb, Azərbaycanda Novruzun dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından, ölkəmizin bayram adət-ənənələrindən söz açıb.

“My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində fəaliyyət göstərən rəqs ansamblı “Novruz” və “İgidlər” rəqsini, tədbirdə qonaq qismində qatılan “Bahar” ansamblı isə “Tehran” və “Golhə” rəqslərini ifa ediblər.

Daha sonra azərbaycanlı rəssam-heykəltaraş Emin Quliyevin “Buta” layihəsi nümayiş olunub. Gənc rəssama bu il martın 6-da Bakıda baş tutmuş “Mənim yolum yaşıl yoldur” sərgisində layiq görüldüyü diplom və hədiyyələr təqdim edilib.

Tədbirdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yegana Salman və həyat yoldaşı – İsrail Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Mixail Salman, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli də iştirak edib.

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsi ilə başa çatıb.

Əvvəlki Yazı

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Növbəti Yazı

İlin ilk Ay tutulması başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.