Avqust 18, 2025-16:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür

2024:03:25 - 16:31
in İQTİSADİYYAT
A A

2024-cü ildə Azərbaycan və Kamboca Krallığı arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir və sənəd yekun razılaşma mərhələsindədir.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə deyib.

Onun sözlərinə görə, Kambocanın turizm naziri Sok Soken ilə bu yaxınlarda Pnompendə keçirilən görüşdə turizm marketinqi, təbliği və təhsili sahəsində bilik və təcrübə mübadiləsi potensialı müzakirə edilib ki, bu da ikitərəfli əməkdaşlığın dərinləşməsinə zəmin yarada bilər. “Hər iki tərəf ölkələr arasında turizm axınının və mədəni mübadilənin artırılması üçün platforma rolunu oynaya biləcək bayram tədbirlərinin təşkilinə böyük maraq göstərib”, – səfir vurğulayıb.

Ş.Mehdizadənin sözlərinə görə, turizm əməkdaşlığının inkişafı çərçivəsində konkret marşrutların yaradılması, işgüzar turların təşkili, turoperatorlar və agentliklər arasında birbaşa əlaqələrin yaradılması və paytaxtlarda – Bakı və Pnompendə milli mətbəx restoranlarının açılması yolu ilə xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Ola bilsin ki, bu məhsullar arasında bir neçə ölkəyə – Vyetnam, Laos və Kambocaya kombinə edilmiş turlar da təşkil olunsun. Gələcəkdə ölkələr arasında birbaşa reyslərin, o cümlədən çarter reyslərinin açılması istisna deyil, lakin bu gün Türkiyə və Qətər aviaşirkətləri xüsusi partnyorlardır”, – Ş.Mehdizadə bildirib.

Diplomatın fikrincə, ölkələr arasında əməkdaşlıqda maraqlı məqamlardan biri Kambocada Sovet dövründə Azərbaycanda təhsil almış keçmiş tələbələrdən ibarət Azərbaycan-Kamboca Dostluq Assosiasiyasının yaradılması ola bilər.

Əvvəlki Yazı

Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər

Növbəti Yazı

Azərbaycan və Serpiya spikerləri AŞPA-nın ikili standartları tənqid edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.