İyun 16, 2025-14:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma ABŞ-nin Fletçer Məktəbini Qarabağla bağlı təxtibatçı tədbirə ev sahibliyi etməməyə çağırıb

2024:03:26 - 12:34
in SİYASƏT
A A

Qərbi Azərbaycan İcması ABŞ-nin Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbini Qarabağla bağlı təxribatçı tədbirə ev sahibliyi etməməyə çağırıb.

İcmadan “Report”a bildirilib ki, sözügedən məktəbdə martın 29-da “dağlıq qarabağ” kimi tarixə qovuşmuş ifadələri ehtiva edən başlıqla tədbirin keçirilməsi planlaşdırılır.

Belə ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən bu tədbirdə Ermənistanın rəsmi şəxsi – bu ölkənin beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları üzrə rəsmi nümayəndəsi Yeqişe Kirakosyanın çıxış etməsi nəzərdə tutulur:

“Ermənistanın rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair siyasi bəyanatlar versə də, hüquqi müstəvidə tamamilə bunun əksini edir. Belə ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialar Qarabağ bölgəsinin Azərbaycana aid olmaması tezisinə əsaslanır. Sözügedən iddialar üzrə Ermənistanı təmsil edən Yeqişe Kirakosyanın Fletçer Məktəbində keçiriləcək tədbirdə iştirakı və çıxışı bu dövlətin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd edən hüquqi iddialarının beynəlxalq səviyyədə təbliğatına xidmət edir. Ermənistan hökumətinin beynəlxalq məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən iddialar qaldırması və bu iddiaların beynəlxalq səviyyədə təbliğatını aparması regionda vəziyyəti gərginləşdirir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən bu addımlarına son qoymağı tələb edir. Belə təxribatçı əməlləri əvəzinə, Ermənistan diqqətini öz ərazisindən qovduğu azərbaycanlıların qayıdışına, onlara qarşı törədilmiş hüquq pozuntularının araşdırılmasına və nəticələrinin aradan qaldırılmasına yönəltməlidir”, – deyə açıqlamada vurğulanıb.

Əvvəlki Yazı

Azərbaycan XİN Banqladeşi təbrik edib

Növbəti Yazı

Azərbaycanla ICESCO arasında əməkdaşlıq müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.