İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan indiyədək təxminən 32,5 min fələstinli həlak olub, 74,9 minə yaxın insan isə yaralanıb. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Departamentin teleqram kanalında dərc olunan bəyanatda deyilir: “Ötən ilin oktyabrından bəri İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 32 490 nəfərə yüksəlib, ən azı 74 889 nəfər yaralanıb”. Qəzza Səhiyyə Nazirliyi aydınlaşdırıb ki, son 24 saat ərzində anklavda 76 nəfər ölüb, daha 102 nəfər yaralanıb.
(Tass)