İyun 19, 2025-23:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib

2024:03:28 - 14:00
in GÜNDƏM
A A

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftdə qalaraq ölməsi faktı ilə əlaqədar komissiya yaradılıb, ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirədə çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Bildirilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquqmühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib.

Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Əvvəlki Yazı

Fransızlar deputatlardan soruşurlar ki, Paris niyə Kiyevə 3 milyard avro ayırmaq niyyətindədir?

Növbəti Yazı

Pakistan keçmiş baş nazirin həbsdə olduğu Adiala həbsxanasına baş çəkmək qadağanını aradan qaldırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.