Avqust 27, 2025-2:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

COP29 karbohidrogenlər və “yaşıl maliyyələşdirmə” ilə bağlı iqlim gündəliyinə təsir edəcək

2024:03:28 - 15:53
in İQTİSADİYYAT
A A

Azərbaycan kimi ölkələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə qlobal iqlim siyasətini karbohidrogenlər və “yaşıl maliyyələşdirmə” ilə bağlı daha praqmatik istiqamətə yönəldirlər.

“Report” xəbər verir ki, bu barədə dövlət enerji siyasəti üzrə kanadalı mütəxəssis Co Makkinnon “The Hub”da dərc olunan məqaləsində deyilir.

Məqalədə bildirilib ki, Misirdə COP27 və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COP28-dən sonra COP29 neft və qaz hasil edən dövlətdə keçiriləcək ardıcıl üçüncü iqlim dəyişikliyi konfransını təmsil edir: “Bunu qlobal iqlim isteblişmentinin açıq-aşkar ikiüzlülüyü kimi görmək olar, lakin bu, səthi yanaşmadır. Daha maraqlısı odur ki, bu (neft və qaz hasil edən) ölkələr niyə belə konfranslar keçirmək istəyirlər”.

Müəllifin fikrincə, Misir, BƏƏ və Azərbaycan kimi ölkələr iqlim dəyişikliyinə tamam başqa cür yanaşırlar: “Onlar başa düşürlər ki, iqlim dəyişikliyi ilə bağlı qlobal fəaliyyət real iqtisadi dəyişikliyə təsir göstərir. Bu tendensiyalar indi, məsələn, qlobal əmtəə bazarlarında və gələcək investisiya strategiyalarında özünü göstərir”.

Müəllif qeyd edib ki, COP-a ev sahibliyi edən ölkələr sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas iştirakçıları olaraq qalmaq üçün siyasi kapitaldan və mövqeləşdirmədən istifadə edə, o cümlədən enerji keçidinin maliyyəçiləri kimi mövqelərini göstərə bilərlər.

Məqalədə vurğulanıb ki, siyasətin inkişafının yenidən iqlim dəyişikliyi iqtisadiyyatına yönəldilməsi, çox güman ki, belə ölkələrdə baş verən yeni iqlim dialoqları ilə daha çox rezonans doğuracaq.

“Bu tendensiya bizə göstərdi ki, ölkələr masa arxasına gəlib bizim enerji və iqlim gələcəyimizi müzakirə etməyə hazırdır. Bu danışıqlar əsaslı iqtisadi məsələlər çərçivəsində aparılmalıdır. Ən aşağı xərclə iqlim tərəqqisinə nail olmağın, növbəti illərdə etməli olacağımız dəyişikliklərə ictimai dəstəyi qorumağın ən yaxşı yolu budur”, – kanadalı ekspert bildirib.

Əvvəlki Yazı

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib

Növbəti Yazı

Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Sənaye Bankı”na icrası məcburi sərəncam verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.