İyun 16, 2025-13:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR Rumıniya ilə qaz müqaviləsinin 2026-cı ilədək uzadılmasına hazırdır

2024:04:01 - 13:00
in İQTİSADİYYAT
A A

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətini 2026-cı ilədək uzadılmasına hazırdır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

Onun sözlərinə görə, dünən iki ölkə arasında imzalanmış qaz müqaviləsinin son günü idi: “Bu müqaviləyə uyğun olaraq SOCAR tədarükçünün və ya alıcının heç bir öhdəliyi olmadan illik 1 milyard kubmetr qaz tədarük edə bilib. Biz layihəni bu il və gələn il davam etdirməyə hazırıq”.

E. Nəsirov qeyd edib ki, son üç ildə isə SOCAR tərəfindən 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları tədarük edilib: “SOCAR Türkiyə” Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, “SOCAR Trading” isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib”.

O qeyd edib ki, SOCAR-ın Rumıniya ərazisində 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: “SOCAR Romania”da 777 işçi çalışır və biz Rumıniyada infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoymuşuq. Rumıniyaya xam neft və neft məhsullarının tədarükü SOCAR-ın bir neçə filialı tərəfindən həyata keçirilir”.

E. Nəsirov həmçinin bildirib ki, Rumıniya tənzimləyicisi tərəfindən Lüksemburqda yerləşən “SOCAR Trading Gas and Power” şirkətinə lisenziyanın verilməsini gözləyirik.

Əvvəlki Yazı

Kosmosda Elm

Növbəti Yazı

Nazir müavini: “Müasir geosiyasi reallıqlar Orta Dəhlizin əhəmiyyətini artırır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.