İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları eyni vaxtda Livanın cənubunda 10 hədəfə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, bombalanan obyektlərdən Hizbullah şiə təşkilatının silahlı qüvvələri istifadə edib.
Zərbələr Livanın cənubundakı Rəşaya əl-Fuxar kəndinin ərazisini hədəf alıb. Ordunun bildirdiyinə görə, onların hədəfi, xüsusən də silah anbarı, buraxılış qurğuları və infrastruktur obyektləri olub.
(Tass)